Cəmiyyət

Xırdalanda məktəb baxımsız vəziyyətdədir – AÇIQLAMA + FOTO/VİDEO

Sharing is caring!

Abşeronda təhsil müəssisəsindəki vəziyyət valideynləri narahat edir.

Bu barədə Oxu.Az-a valideynlər tərəfindən şikayət daxil olub. Bildirilib ki, söhbət rayonun Xırdalan şəhərində yerləşən 2 nömrəli orta məktəbdən gedir.

Məktəbin sinif otaqları, dəhlizi təmirsiz və bərbad haldadır. Şagirdlər bu vəziyyətdə olan məktəbdə təhsil alırlar, həmçinin məktəbdə iki növbəli yox, 3 növbəli tədris prosesi həyata keçirilir.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Əsaslı Tikinti və Təchizat İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ diqqətdə saxlanılır:

“Zərurət olan təhsil müəssisələrində sistemli şəkildə bütün qovşaqlar düzəldiləcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir