Cəmiyyət

Təbiətə 18200 manat ziyan vuranlarla bağlı sənədlər Baş Prokurorluğa göndərilib

Sharing is caring!

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Cəlilabad və Saatlı rayonlarının ərazilərində ağac və kol bitkilərinin qanunsuz kəsilməsi faktı aşkar edilib.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Oxu.Az-a bildirib ki, araşdırma zamanı ağac və kol bitkilərinin Cəlilabad rayonunda “Encom Construction” QSC, Saatlı rayonunda isə fiziki şəxs Rasif Məmmədov tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 18200 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.  

“Faktlarla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir