Cəmiyyət

Abşeronda qanunsuz tikintinin qarşısı alınıb – FOTO/VİDEO

Sharing is caring!

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanunsuz tikintinin qarşısını alıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən rayon ərazisində Binəqədi-Novxanı yolunun yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin həyata keçirilməsi faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən görülən müvafiq tədbirlərlə Abşeron Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə tikilməkdə olan qanunsuz obyekt sökülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir