Cəmiyyət

Qəbələdə avtomobil 59 yaşlı qadını vuraraq öldürüb

Sharing is caring!

Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qəbələ şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini Əliyəddin Həmzə oğlu Zeynalov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1963-cü il təvəllüdlü Telli Hacıbala qızı Eyvazovanı vurub. Nəticədə 59 yaşlı qadın aldığı ağır xəsarətlərdən ölüb.

Fakt araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir