Cəmiyyət

Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Sharing is caring!

Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən Aqil Mustafayevin cinayət işi üzrə məhkəmə başlayır.

“Report” xəbər verir ki, proses Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin iyulunda Tərtər rayonunda baş verib.

Belə ki, 1996-cı il təvəllüdlü A.Mustafayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1982-ci il təvəllüdlü bacısı Leyla Mustafayevanı bıçaqla qətlə yetirib.

A.Mustafayev qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir