Cəmiyyət

Kürdəmirdə qardaş qardaşı bıçaqlayıb

Sharing is caring!

Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şahsevən kəndində qeydə alınıb.

Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində 32 yaşlı Əhmədov Rəşad Hacıağa oğlu qardaşı tərəfindən bıçaq xəsarəti alıb.

Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və əməliyyata götürülüb.

Hadisəni törədən qardaş isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Fakt araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir