Cəmiyyət

Vahid Hacıyev: “Ağalıda 150 evin inşası başa çatıb, son işlər həyata keçirilir”

Sharing is caring!

“Hazırda Ağalıda 150 evin inşası başa çatıb, son işlər həyata keçirilir. Həmin evlərə də ailələr köçürüləcəklər”.

“Report”un xəbərinə görə, bu fikirləri Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

Onun sözlərinə görə, kəndin tikintisi ilə bağlı ikinci mərhələ də planda var:

“İkinci mərhələ üçün də artıq ailələr müəyyənləşdirilib. Ümumilikdə 1350 kənd sakini bura köçməklə bağlı öz niyyətlərini bildiriblər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir