Cəmiyyət manset

Polisi təhqir edən sürücü üzr istədi – Video

Sharing is caring!

Sosial şəbəkələrdə yol polisi ilə sürücü arasında yaranan mübahisənin təfərrüatları Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) araşdırılır.

Bu barədə XəbərAl.az-a BŞBPİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırmanın nəticəsilə bağlı geniş məlumat veriləcək.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə sürücü ilə yol polisi arasında baş verən mübahisənin videosu yayılıb. Görüntülərdə sürücünün polisi ağır ifadələrlə təhqir etdiyi, polisin böyük səbir nümayiş etdirdiyi əks olunub.

***

Yol polisini təhqir edən sürücü Fəxrəddin Nəsirov bütün polislərdən üzr istəyib.

XəbərAl.az-ın xəbərinə görə, hadisə barədə danışan sürücü deyib ki, polis əməkdaşı ondan sənədini təqdim etməsini istəyib.

“Sənədimi polis əməkdaşına təqdim edəndən sonra məndən taksi faəliyyəti ilə məşğul olmaq üçün lisenziyamın olub-olmadığımı soruşdu. Mən də ona “yox” cavabı verdim. Polis əməkdaşı da mənə protokol yazdı. Mən şəkər xəstəsiyəm və polisin bu hərəkətinə əsəbləşib, onu təhqir etdim. Həmin polis əməkdaşını tapıb üzr istəyəcəm. Bütün polis əməkdaşlarından üzr istəyirəm”, – F.Nəsirov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir