Cəmiyyət

Şəhid gizir Məhəmməd Məmmədov Biləsuvarda torpağa tapşırıldı – FOTO

Sharing is caring!

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun giziri Məmmədov Məhəmməd Bilal oğlu dəfn edilib.

“Report”un məlumatına görə, şəhid M.Məmmədov böyüyüb boya-başa çatdığı Biləsuvar rayonunun Ağalıkənd kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin doğmaları, sakinlər, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Şəhidin tabutunın büründüyü üçrəngli bayraq onun atasına təqdim olunub.

Qeyd edək ki, M.Məmmədov 1995-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub, 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq xidmətə başlayıb.

2021-ci ilin dekabr ayından isə Azərbaycan ordusunda gizir rütbəsində xidmət göstərib.

Şəhid subay idi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir