Cəmiyyət

Cəlilabadın Maşlıq kənd məktəbi qəzalı vəziyyətdədir – FOTO

Sharing is caring!

Cəlilabad rayonunun Maşlıq kənd Nizami Alışanov adına tam orta məktəbi qəzalı vəziyyətdədir.

Bu barədə “Report”un yerli bürosuna kənd sakinləri məlumat veriblər.

Sakinlərin sözlərinə görə, istismar müddətini başa vurmuş bu məktəb binasının divarları çat verib:

“Tavan və döşəmə yararsız vəziyyətdədir. Tikilinin böyük hissəsinə isə ümumiyyətlə daxil olmaq mütəxəssislər tərəfindən şifahi olaraq qadağan elan edilib. Dam örtüyü hər an tavan qarışıq çökə bilər. Tikilinin içəri tərəfində hər addımbaşı sonradan dirəklər qoyulmasa idi, yəqin ki, çoxdan qəza baş verərdi. Məktəbin həyətində yığılan yağış suları tikilini yerindən oynadır”.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad Təhsil sektorundan bildirildi ki, hazırda rayon ərazisində 39 məktəb qəzalı və yararsızdır. Cari təhsil prosesinə paralel sözügedən məktəblərin tikintisi aparılacaq.

Qeyd edək ki, bu kəndin altı minə yaxın əhalisi var. 1960-ci illərdə istifadəyə verilən məktəbdə 700-dən çox şagird təhsil alıb. Qəzalı vəziyyətə görə məktəbin cəmi doqquz sinfində dərs keçmək mümkündür. Bu siniflərdə ibtidailər təhsil alırlar. Yuxarı siniflər isə dərsləri ayrı-ayrı yardımçı tikililərdə, xüsusilə bu bina qədər təhlükəli bağça binasında davam etdirirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir