Cəmiyyət

Şəhid Azər Məmmədovun nəşi ailəsinə təhvil verildi

Sharing is caring!

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Azər Mustafa oğlu Məmmədovun nəşi Qazax rayon Kəmərli kəndinə gətirilib.

“Report”un məlumatına görə, şəhidin nəşi artıq ailəsinə təhvil verilib.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü Azər Mustafa oğlu Məmmədov sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olub.

O, 20 gün əvvəl ailə həyatı qurmuşdu.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir