Cəmiyyət

Goranboyda 23 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

Sharing is caring!

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Goranboy şəhər ərazisində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən, 1999-cu il təvəllüdlü Ələddin Hadiyevi avtomobil vurub.

O, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir