Cəmiyyət

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 27 nəfər saxlanılıb – FOTO/VİDEO

Sharing is caring!

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında son bir həftə ərzində Əhmədli, NZS, Həzi Aslanov qəsəbələri, Mirzə Davud, Məhəmməd Hadi küçələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 27 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ narkotik maddə aşkar edilib. Onlar əldə etdikləri narkotiklərin istifadəsi ilə yanaşı, qeyd edilən ərazilərdə satışını təşkil ediblər.

Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir