Cəmiyyət

Xaricdə təhsil alanların hansı halda dövlət proqramından kənarlaşdırılacaqları açıqlanıb

Sharing is caring!

Xaricdə dövlət proqramı çərçivəsində təhsil almağa gedən şəxsin hansı halda proqramdan kənarlaşdırılacağı açıqlanıb.

APA xəbər verir ki, bu barədə “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı məlumat verib.

O bildirib ki, proqram boyunca tələbənin təhsilə necə yanaşması ilə bağlı illik monitorinq həyata keçirilir:

“Monitorinq elmi rəhbərin rəyi əsasında yekunlaşır. Əgər rəy müsbət deyilsə, o, proqramdan uzaqlaşdırılmır, lakin bir illik ödənişi dayandırılır. Belə hal ikinci dəfə təkrar olunarsa, həmin şəxs proqramdan kənarlaşdırılır. Lakin sevindirici hal odur ki, bu vaxta qədər belə bir təcrübə yaşanmayıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir