Cəmiyyət

Cərimə üzərinə cərimə: Bakıda sürücü çıxılmaz vəziyyətdə qalıb – VİDEO

Sharing is caring!

Bir nəfər avtomobilinə yazılan cərimə protokolu ilə razılaşmadığı üçün məhkəməyə müraciət edib. Xətai rayon Məhkəməsi iddiaçının şikayətini təmin edərək yazılan protokola xitam verib. Cərimə ləğv edilsə də, Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzində onun avtomobili həmin cərimə sistemdə qüvvədə olduğu üçün texniki baxışdan keçirilməyib. İndi texniki baxış müddəti bitdiyi üçün onun avtomobilinə əlavə cərimə də yazılıb.

Bəs vətəndaş bu probleminin həll edilməsi üçün nə etməlidir?

Məhkəmə cərimə protokolunu ləğv etsə də, yol polisi onun avtomobilini texniki baxışdan keçirmir. Bu səbəbdən onun avtomobilinə texniki baxışdan keçmədiyinə görə əlavə cərimə də yazılıb. 

Hadisə paytaxt sakini Valid Əliyevin başına gəlib. İyulun 7-də Xətai rayonunda sarı işıqdan keçdiyinə görə, ona 60 manat məbləğində cərimə protokolu yazılıb. O bunun əsassız olduğunu düşünərək yazılan cərimə ilə razılaşmayıb

Valid Əliyevə cərimənin silinməsi üçün Xətai rayon məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının şikayətini təmin edərək, iyulun 27-də yol polisi tərəfindən yazılan protokola xitam verib. 

O qərar əsasında cərimənin silinəcəyinə əmin olduqdan sonra, avtomobilini texniki baxışdan keçirmək üçün müayinə mərkəzinə yaxınlaşıb. Orada protokolun qüvvədə olduğu əsas gətirilərək, avtomobili texniki baxışa buraxılmayıb.

Verilən müddət ərzində avtomobilini texniki baxışdan keçirə bilməyən Valid Əliyevə avqustun 31-də əlavə olaraq texniki baxış müddətinin bitdiyi üçün 50 manat cərimə də yazılıb. Şikayətçi bildirir ki, üstəlik birinci cəriməsi sistemdən silinmədiyi üçün artıq üzərinə 10 manat dəbbə pulu da gəlib. O indi məhkəmə qərarını əsas gətirərək hər iki cəriməsinin silinməsini, avtomobilinin texniki baxışdan keçirilməsini istəyir.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, idarə tərəfindən xətai rayon məhkəməsinin qərarı ilə bağlı apelyasiya şikayəti verilib. Məhkəmə mübahisələndirilməsi davam etdiyi üçün protokol qərarı qüvvədə saxlanıb. Yəni sürücü apelyasiya prosesinin nəticəsini gözləməlidir.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir