Cəmiyyət

Əkiz bacı-qardaşı doğulan şəhidin evindən REPORTAJ – VİDEO

Sharing is caring!

Son günlər Vətən müharibəsi şəhidi Sadiq Vəliyevin ailəsində əkizlərin doğulması xəbəri böyük marağa səbəb olub. Körpələrin evə gəlişini bütün kənd əhli sevinclə qarşılayıb.

Baku TV-nin əməkdaşı əkiz bacı-qardaşı doğulan şəhidin Ağdaşda yaşayan ailəsinin qonağı olub.

Sadiq uşaqlıqdan hərbçi olmaq arzusunda olub. Arzusunun arxasınca da gedib. Qaynar nöqtələrdə göstərdiyi igidliyə görə orden və medallarla təltif olunub. Adından şərəflə, qürurla söz etdirməyi 19 yaşlı ömrünə sığdıra bilib.                                  

Əkiz uşaqların dünyaya gəlməsini isə valideynlər ailədə həyatın sanki yenidən canlanması kimi qiymətləndirirlər.

İndi Sadiqin muzeyə çevrilən ata ocağının hər guşəsində onun bir izi, bir xatirəsi var. Körpə Sadiqlə bacısı da bu xatirələrlə böyüyəcək, Vəliyevlər ocağını işıqlandıracaqlar.

Ətraflı videonu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir