Cəmiyyət

Bakıdan Alanyaya uçan təyyarə Antalyada eniş etməli olub

Sharing is caring!

“Buta Airways” aviaşirkətinin “J2-9111” nömrəli Bakı-Alanya reysini yerinə yetirən hava gəmisinin kapitanı Antalyada ehtiyat hava limanına eniş etmək qərarına gəlib.

Bu barədə “Buta Airways” aviaşirkətinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, buna səbəb yanan meşələrdən qalxan güclü tüstü ilə əlaqədar görmə şəraitinin zəifləməsidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir