Cəmiyyət

Yaşyarımlıq körpə dünya işığına həsrət qalıb: “Gözləri görmədiyi üçün iməkləyəndə özünü əzir” – FOTO

Sharing is caring!

Cəmi 1 yaş 8 aylıq olan Qazıyev Asif Seymur oğlu doğulduğu gündən dünya işığına həsrət qalıb.

Bu barədə Oxu.Az-a onun anası Qazıyeva Yeganə Tofiq qızı məlumat verib.

O bildirib ki, körpəsinin problemini əvvəlcədən anlamayıb:

“Mənə deyirdilər ki, bu uşağın göz bəbəkləri irəli gəlib. Mən isə düşünürdüm ki, hələ çox balacadır. Ola bilsin zamanla dəyişəcək. Lakin həkimə apardığım zaman məlum oldu ki, Asifin gözləri cəmi 1 faiz görür. İki özəl, bir dövlət xəstəxanasında müayinə etdirdim. Cavab isə eyni oldu: təcili əməliyyat edilməlidir. Asifin gözlərinə linza qoyulmalıdır. Bu linzalar sayəsində o görmə qabiliyyətinin 30 faizini bərpa edə biləcək. Əgər yaşı daha böyük olsaydı, ona çıxarılıb-taxıla bilən linzalardan qoyulardı. Lakin oğlum çox balaca olduğundan bu mümkün deyil. Onun gözü əməliyyat edilərək, linza yerləşdirilməlidir. Bu linzalar ABŞ-dan Türkiyəyə, oradan isə Azərbaycana gətirilir. Özəl klinikadan bildirdilər ki, linzanın sifarişi ilə Bakıya çatdırılması müddəti 21 gün çəkir. Bu əməliyyatın qiyməti 800 AZN-dir. Linzanın sifarişi, əməliyyat və müalicələr birlikdə 4 min manata başa gələcək. Bu puldan 650 manatı toplamışıq. Bizə 3350 manat lazımdır ki, oğlum dünyanı görə bilsin. O indi iməkləyir. Gözləri görmədiyi üçün tez-tez özünü əzir. Çalışdığım qədər nəzarət edirəm. Lakin mən də hər gün işə gedirəm. Təmizlik işçisi olduğum üçün maaşım bu əməliyyatı qarşılamağa imkan vermir. İmkanlı şəxslərdən bizə yardım etmələrini xahiş edirəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir