Cəmiyyət

Sürücülərin nəzərinə: Bəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq

Sharing is caring!

Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospektinin Əhmədbəy Ağaoğlu küçəsindən Koroğlu Rəhimov küçəsinədək olan hissəsində təmir işlərinə start verilib. 

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar prospektin sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti 12 sentyabr saat 20:00-dək qismən məhdudlaşdırılacaq. 

Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir