Cəmiyyət

Beş yaşlı Xanım qaynar suda yanıb: Əməliyyatı üçün ailənin pula ehtiyacı var – FOTO

Sharing is caring!

Zaqatalada yaşayan ailə bədbəxt hadisə ilə üzləşib.

Bu barədə Oxu.Az-a rayonun Muxax kənd sakini Dəmirova Xədicə Bayram qızı məlumat verib.

O bildirib ki, beş yaşlı övladı Dəmirova Xanım Bayram qızı qaynar suda yanıb:

“Hadisə avqustun 6-da ehtiyatsızlıqdan baş verib. Belə ki, çimmək üçün odun sobasının üzərinə qoyulan suya əlini salan beş yaşlı qızım yandığını hiss edib və geri çəkmək istəyərkən qazan üzərinə aşıb. Xanımın dirsək nahiyəsindən aşağı bütün bədəni yanıb. Vəziyyəti ağır olduğu üçün təcili tibbi yardım maşını ilə Bakıya çatdırılıb. Qızıma 2-3-cü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub. O hazırda xəstəxanalardan birində müalicə alır. İki dəfə dəridəyişmə əməliyyatı olunub, lakin onun cinsi orqanı daha çox yandığından yenidən əməliyyat edilməsi mütləqdir. Maddi vəziyyətimizlə bağlı keçən həftə olunmalı əməliyyatı etdirə bilmədik”.

İkinci uşağını gözləyən, yeddi aylıq hamilə olan qadın imkanı olan şəxslərdən yardım gözləyir.

Xanımın sağalması üçün 800 manat pul lazımdır.

Əlaqə nömrəsi: 055-647-24-50

Ehtiyaclı ailəyə yardım etmək istəyənlər üçün kart hesabı:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir