Cəmiyyət

İrandan Azərbaycana 20 kq narkotik keçirən şəxslər tutuldular – FOTO

Sharing is caring!

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabr ayının 3-də saat 13:48 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq iki nəfərə məxsus ayaq izləri aşkarlanıb, yerli hüquq-mühafizə orqanları məlumatlandırılaraq sərhəd axtarışına başlanılıb.

Keçirilmiş tədbirlər nəticəsində sərhədboyu ərazidə dərə boşluğunda gizlədilmiş iki ədəd bağlamada təxmini çəkisi 20 kiloqram 400 qram narkotik vasitəyə bənzər maddə (marixuana) və 710 ədəd psixotrop tərkibli həblər (metadon-40) aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilmiş narkotik vasitəni dövlət sərhədindən keçirməyə cəhd göstərən Yardımlı rayon Zevin kənd sakinləri – 1992-ci il təvəllüdlü Məmişov Elmir Simran oğlu və 1980-ci il təvəllüdlü Beybudov Zaur Cəlayir oğlu müəyyən edilərək saxlanılıblar.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir