Cəmiyyət

DİN-dən Bakıda satıldığı iddia edilən körpə ilə bağlı AÇIQLAMA + FOTO

Sharing is caring!

Bakıda 6 aylıq uşağın həyatı təhlükədə olması ilə bağlı məsələ araşdırılır.

Bu barədə Xeberal.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. 

O bildirib ki, daxili işlər nazirliyinə daxil olan məlumatlar yoxlanılır:

“Körpənin həyatı və təhlükəsizliyi ilə bağlı bütün təfərrüatlar  araşdırılır. İddialar nəzarətə götürülüb. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, ötən gün Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sığınacağa nənəsi tərəfindən 6 aylıq körpənin gətirildiyi ilə bağlı məlumat vermişdik. Belə ki, körpənin satıldığı və həyatının təhlükədə olduğu iddia edilirdi.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.