Cəmiyyət manset

Aydın Mirzəzadədən YAP-çı deputatlar arasındakı gərginliyə REAKSİYA

“Azərbaycan” qəzetinin maliyyə mənbəyi haqda heç bir bilgim yoxdur.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

O, həm Siyavuş Novruzov, həm də Bəxtiyar Sadıqovun Milli Məclisin tanınan nüfuzlu deputatlarından olduğunu vurğulayıb:

“Hər ikisi ictimaiyyətdə dövlətcil, insanların problemlərinin həllinə yönələn təkliflərlə çıxış edən, öz deputat vəzifələrinə məsuliyyətlə yanaşan insanlar kimi tanınırlar. Hər ikisinə hörmətim var. Bu günlərdə mətbuat səhifələrində onların bir məsələ ilə bağlı fikirləri ilə tanış oldum. Hesab edirəm ki, bunlar işçi müzakirələrdir. Burada hər hansı mübahisəlik məqam axtarmağa dəyməz. Parlamentdə bu məsələ müzakirəyə çıxarılarkən şübhəsiz ki, deputatlar, o cümlədən mən də bununla bağlı öz mövqeyimizi bildirəcəyik”.