Cəmiyyət

“Qaliblər düşərgəsi”nin işçi qrupu ilə görüş keçirilib – FOTO

Sharing is caring!

Dövlət Miqrasiya Xidməti, “For Azerbaijan” Xeyriyyə Təşkilatı və  “Miqrasiya Könüllüsü” İctimai Birliyinin səlahiyyətli nümayəndələrinin və üzvlərinin hesabat xarakterli görüşü keçirilib. 

Görüşdə son bir il ərzində birgə həyata keçirilən tədbirlər, layihələr və gələcək perspektivlər müzakirə olunub. Xüsusilə dövlətimizin hər zaman diqqət və qayğısı ilə əhatə olunan şəhid övladları üçün reallaşdırılan “Qaliblər düşərgəsi” layihəsinin iştirakçıları ilə qurulan sıx əlaqələr diqqətə çatdırılıb. Bildirilib ki, cari il ərzində onların təhsili və emosianal inkişafı “Qaliblər düşərgəsi”nin işi qrupunun üzləri tərəfindən diqqətdə saxlanılıb. Uşaqların səhhəti, dərslərə marağı və davamiyyətləri ilə maraqlanılır. Onların asudə vatlarının səmərəli təşkili məqsədilə maraqlı tədbirlər həyata keçirilir. 

Həmçinin vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının yadigarları olan uşaqların, gənclərin hərtərəfli inkişafına töhfə vermək məqsədilə belə layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən il “For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü və dəstəyi,  Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə reallaşan “Qaliblər düşərgəsi” layihəsində 68 şəhid ailəsindən ümumilikdə 78 uşaq iştirak edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir