Cəmiyyət

“Qarabağ”ın oyunu ilə bağlı metro gücləndirilmiş iş rejiminə keçir

Sharing is caring!

Ağdamın “Qarabağ” klubunun Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyununu nəzərə alaraq metronun “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Xeberal.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. 

Bildirilib ki, bu stadionda keçirilən kütləvi tədbirlərlə bağlı Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, stansiyada qarşılaşma ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Saat 20:00-da başlanacaq oyuna yollanacaq sərnişinlərin yönləndirilməsi, rahatlığı və təhlükəsizliyini təmin etmək məqsədilə növbətçilik cədvəli üzrə stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq.

Bundan savayı, “Nəriman Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri nəzərdə tutulacaq. Onu da əlavə edək ki, gün ərzində qatarların hərəkəti yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək.

Lakin futbol matçına azarkeş marağını nəzərə alaraq, sərnişinlərin oyun başa çatdıqdan sonra mənzil başına çatması üçün təhlükəsiz və rahat daşınması məqsədilə bəzi tədbirlər də həyata keçiriləcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.