Cəmiyyət

Bakıda binada yanğın təhlükəsizliyi texnikasında problem yaranıb – FOTO

Sharing is caring!

Nərimanov rayonu, Eldar Babayev küçəsində yaşayan şəxslər şikayətçidirlər.

Bu barədə Xeberal.az-ın redaksiyasına sözügedən küçədə yaşayan vətəndaşlar müraciət ediblər. 

Onlar bildiriblər ki, 4V binasında yanğın təhlükəsizliyi texnikası qaydasında deyil. 

Vətəndaşlar əlavə ediblər ki, məsələ barədə Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlasalar da, onları cavab verməyən nömrələrə yönləndirirlər.

Qeyd edək ki, bina təhvil verilən zaman yanğın təhlükəsizliyi texnikası qaydasında olub. 

Məsələ ilə bağlı FHN ilə əlaqə saxladıq. 

Qurumdan saytımıza bildirildi ki, belə hallarda Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat vermək lazımdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.