Cəmiyyət

Narkotik qəbul edib maşın sürən şəxs saxlanıldı

Sharing is caring!

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs inzibati qaydada həbs edilib.

Bu barədə Xeberal.az-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. 

Bildirilib ki, “Toyota” markalı, 01-CX-419 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Rauf  Hüseynov DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının XI Taqımının əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Hüseynovun narkotik maddə qəbul etməsi müəyyənləşib.

R.Hüseynovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati  protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R.Hüseynov 5 gün müddətində inzibati qaydada həbs edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.