Cəmiyyət

Altı yaşlı Anar amansız xəstəliklə mübarizə aparır – FOTO

Sharing is caring!

Balaca Anarın sizin köməyinizə ehtiyacı var.

Oxu.Az xəbər verir ki, bu barədə onun atası Ceyhun Eyvazov məlumat verib.

O bildirib ki, 2016-cı il təvəllüdlü Anar Eyvazov kəskin leykozdan əziyyət çəkir:

“Biz övladımızın xəstəliyini may ayında bildik. İndi isə müalicə üçün Belarusa gəlmişik. Əlimizdəki bütün maddi gücü Anarın sağalması üçün sərf etsək də artıq tükənmişik. Həkimlər tərəfindən qoyulan diaqnozla müalicə olunması və sağlamlığına qayıtması üçün 100 min manat vəsait lazımdır. Dama-dama göl olar. Xalqın dəstəyi ilə övladımı sağlamlığına qovuşdura bilərik”.

Anara kömək etmək istəyən şəxslər (+994 70) 344-19-99 nömrəsi vasitəsilə atası Ceyhun Eyvazov ilə əlaqə saxlaya və ya aşağıdakı bank kartına vəsait köçürə bilərlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir