Cəmiyyət

Ölkədə neçə nəfər COVID-19 əleyhinə peyvənd olunub? – FOTO

Sharing is caring!

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə altı vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı bir, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı bir, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə dörd olub. Son sutkada pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanlar olmayıb.

Vurulan vaksinlərin ümumi sayı 13 818 011, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 366 777, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 890, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 338 788, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 254 556 nəfər təşkil edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.