Cəmiyyət

150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib

Sharing is caring!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin altı ayında daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Həmin standartlar işçinin yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur. Peşə standartları əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır.

Ümumilikdə son üç ildə 1000-dən çox peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib.

Peşə və kvalifikasiya standartlarının hazırlanması prosesində işəgötürənlərlə, peşə assosiasiyaları və həmkarlar ittifaqı birlikləri ilə fəal əməkdaşlıq edilir, onların təklifləri öyrənilir.

Təsdiq edilən standartlar nazirliyin e-sosial.az portalındakı “Peşə və Kvalifikasiya Standartlarının Reyestri”nə yerləşdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir