Cəmiyyət

Bakı-Quba yolunda ağır qəza: Ölən və yaralananlar var

Sharing is caring!

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun 115-ci kilometrliyində qeydə alınıb.

İlkin məlumata görə, “Hyundai Santa Fe” markalı nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Xəsarət alan sərnişinlər təcili olaraq yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir