Cəmiyyət

Daha 100-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik ailə təsərrüfatları yaradıldı – FOTO

Sharing is caring!

Özünüməşğulluq proqramı üzrə son bir həftədə daha 100-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik ailə təsərrüfatları yaradılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən son bir həftə ərzində şəhid ailələri və qazilərə özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək tədbirlərinin göstərilib.

Agentlik tərəfindən bu kateqoriyadan olan 100-ə yaxın şəxsə aktivlər təqdim edilib.

Verilmiş aktivlər hesabına onlar üçün kiçik təsərrüfatlar yaradılıb.

Ümumilikdə agentlik tərəfindən bu ilin ötən dövrü ərzində 1 000-dən çox şəhid ailəsi, qazinin özünüməşğulluq proqramına cəlb olunması və proqram çərçivəsində onlar üçün kiçik təsərrüfatların yaradılması təmin edilib.

Qeyd edək ki, proqrama cəlb olunan şəxslərə istehsal, xidmət və kənd təsərrüfatı üzrə biznes zərflər təklif olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.