Cəmiyyət

Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adların siyahısı AÇIQLANDI

Sharing is caring!

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda uşaqlara ən çox qoyulan adların siyahısı məlum olub.

Oxu.Az xəbər verir ki, son yeddi ay ərzində oğlan uşaqlarına qoyulan adlar arasında ilk pillədə Uğur adıdır. Bu ad yanvar, fevral, mart, aprel, may, iyun və iyul ayları ərzində 1037 uşağa qoyulub.

Bundan əlavə, bu il ərzində yeni doğulmuş 1009 uşağa Əli, 922 uşağa Yusif, 918 uşağa Hüseyn, 690 uşağa Məhəmməd, 616 uşağa Ömər, 578 uşağa Raul, 570 uşağa Murad, 451 uşağa Tunar və 446 uşağa Adəm adı verilib.

Bu ilin müvafiq dövründə qız uşaqlarına qoyulan adlar arasında ilk pillədə Zəhra adıdır. Bu ad yanvar-iyul aylarında 1010 uşağa qoyulub.

Bundan əlavə, 823 uşağa Zeynəb, 802 uşağa Məryəm, 802 uşağa Aylin, 684 uşağa Fatimə, 681 uşağa Nilay, 652 uşağa Mələk, 541 uşağa Nuray, 536 uşağa İnci və 534 uşağa Ayla adı verilib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir