Cəmiyyət

Leykozdan əziyyət çəkən azyaşlının anası: “Təkbaşına mübarizə aparmaqdan yoruldum” – FOTO

Sharing is caring!

6 yaşlı Rüqəyya kəskin limfoblast leykamiyadan (qan xərçəngi) əziyyət çəkir. 

Bu barədə Oxu.Az-a onun anası Bədəlova Aygün məlumat verib.

O bildirib ki, qızı 2020-ci ilin may ayından bu xəstəliklə mübarizə aparır.

“Övladım Şükürzadə Rüqəyya Turan qızı 2016-cı ildə sentyabrın 30-da doğulub. İki ildir kimyaterapiya kursları keçir. A.F.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında müalicə alıb. Daha sonra isə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna köçürülüb. Mən qızımı təkbaşına böyütmüşəm. Bu xəstəliklə də qızımla ikimiz mübarizə aparırıq, lakin artıq yorulmuşuq. Maddi olaraq tükənmişik. Ancaq xəstəlik tam olaraq qızımdan əl çəkməyib. O, daimi olaraq müalicə almalıdır. Hələ ki kimyaterapiya kursları da davam edir. Bizə indiki vəziyyətdə müalicələr və dərmanlarla birgə 2500 manat pul lazımdır. Həkimlər qeyd edir ki, Rüqəyyanın müalicələri davam edərsə, 40 həftə sonra o, sağlamlığına tamamilə qovuşacaq.

İmkanı olan şəxslərdən bizə yardım etmələrini xahiş edirəm”.

Əlaqə nömrəsi: 051-556-08-98 (Bədəlova Aygün)

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir