Cəmiyyət

Tanışlar arasında zarafat qanla bitdi

Sharing is caring!

Mingəçevir şəhərində yeniyetmə oğlan öz tanışını bıçaqlayıb.

Xeberal.az-ın məlumatına görə, hadisə şəhərdəki kafelərin birində baş verib.

2008-ci il təvəllüdlü M.A. və 2007-ci il təvəllüdlü A.B. arasında zarafat mübahisəyə səbəb olub. Mübahisə zamanı A.B. tanışına bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Xeberal.az-a bildirib ki, hadisəni törədən saxlanılıb:

“Hazırda araşdırma aparılır”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.