Cəmiyyət

Bakıda gənc oğlan, Yevlaxda kişi itkin düşdü

Sharing is caring!

Bakıda 16 yaşlı gənc itkin düşüb.

“Report” xəbər verir ki, hadisə iyulun 28-i saat 20:00 radələrində Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, rayon sakini, 2006-cı il təvəllüdlü Həsənov Səbuhi Habil oğlu yaşadığı mənzildən
çıxaraq bir daha geri qayıtmayıb. Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırma aparılır.

Yevlax rayonunda isə 38 yaşlı kişi itkin düşüb.

Hadisə iyulunun 29-da rayonun Aran qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 1984-cü il təvəllüdlü Əliyev Rüfət Fərrux oğlu yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.