Cəmiyyət manset

Xaçmazda 15 kənd qazsız qaldı – Səbəb

Xaçmaz rayonunda avtomobilin qaz xəttini zədələməsi nəticəsində 15 yaşayış məntəqəsinə “mavi yanacaq”ın verilməsi müvəqqəti dayandırılıb.

XəbərAl.az xəbər verir ki, naməlum avtomobil avqustun 24-ü səhər saatlarında Qusarçay kəndi istiqamətində yerləşən qaz xəttini zədələyib. Qaz xəttinin ciddi zədələnməsi səbəbindən kəndlərdə, ümumilikdə, 4 min 500 abonentin “mavi yanacaq”la təhcizatında məcburi fasilə yaranıb.

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin yerli qurumlarının əməkdaşları tərəfindən qaz xəttinin təmir-bərpa işləri həyata keçirilib.

Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Əlibaba Əliyev bildirib ki, artıq problem aradan qaldırılıb və kəndlərin qaz təchizatı bərpa olunub.