Cəmiyyət manset

Fizuli Məmmədovun Deputatlıq Xülyası Və Qaranlıq Yaxın Keçmişi

Xəbəral.az saytı xəbər verir ki,Fizuli Məmmədovun şou xarakterli hərəkətləri onu ölkəmizdə nifuzdan saldığından iş adamı artıq azərbaycana çox az-az gəlir.

Rusiyadakı “İntersever” şirkətlər qrupunun rəhbəri, ictimaiyyət arasında daha çox Frenk Elkaponi kimi tanınan Fizuli Məmmədov azərbaycanlı iş adamı kimi ölkəmizdə də az-çox tanınır.

Fizuli Məmmədovun bu yaxında bəzi, Qarabağ Qazilərinə ev hədiyyə verməsi daha sonra isə Ramazan aylarında bahalı restoranların birində iftar süfrəsi təşkil edib bir çox tanınmışları başına yığıb özünü Azərbaycan siyasət aləminə soxub deputat olmaq arzusunu reallaşdırmaq kimidə danışılır.Amma nədənsə Frenk Elkaponi kimi tanınan əslən azərbaycanlı iş axa Fizuli Məmmədov sadə və kasıb insanlara verdiyi sözü tutmayıb dəfələrlə ölkəni tez bazar tərk etmişdir.

Etibarlı mənbələrdən bildirilir ki,Fizuli Məmmədovun bu cür canfəşanlıq etməsinin səbəbi onun yaxın zamanlarda deputatlığa namizədlik verib Millət Vəkili olub azərbaycanda toxunulmamazlıq əldə etmək istəyidir.

Fizuli Məmmədovun necə və hansı yolla Azərbaycanda yüksək vəzifə tutması sual altındadır çünki,bir müddət Azərbaycanda yaşayan və siyasi fəaliyyətlə məşğul olmağa cəhd göstərən F.Məmmədov 90-cı illərin sonunda siyasətdən tam çəkilib və Rusiyadakı biznesini inkişaf etdirib. Adı tez-tez kriminal olaylarda hallanan (məşhur mafioz Frenk Elkaponeyə sevgisinə görə bu adı özünə təxəllüs götürüb) F.Məmmədov Rusiyada hətta narkotik ittihamı ilə də saxlanılıb.

Azərbaycanın siyasi həyatına fəal şəkildə qoşulmağa çalışan, lakin bunu “arxa qapıdan” etmək istədiyi üçün həmişə yamaq kimi görünən bir çox “siyasətçi”, “iş adamı” və s. var. Bu adamlar əsasən Rusiya tərəfdən gələn “şimal küləyinin” gücünə atmosferin Azərbaycana aid hissəsinə daxil olmağa cəhd edir, biraz toz-duman qaldırır, sonradan yenə elə həmin toz-torpağa qarışaraq, yoxa çıxır, gəldikləri yerə qayıdırlar. Ən çox təəssüf doğuran məqam həmin külək gətirənlərin çox vaxt reallıq hissini itirmələri və özlərini layiq olduqlarından qat-qat yüksək mərtəbələrdə görmələridir. Bugünkü Azərbaycan reallığının isə ən acı tərəflərindən biri hər birimizin müqəddəs saymalı olduğumuz dəyərlərin belələri tərəfindən siyasi alətə, ucuz və şit reklam vasitəsinə çevrilməsi, çeynənməsidir. Xüsusilə də Qarabağı, Xocalı faciəsini, şəhidlərimizi və onların əmanəti olan şəhid ailələrini siyasi alətə çevirmək cəhdi təkcə ikrah deyil, həm də “nədən bu günə düşdük” sualını və təəssüf hissi doğurur. Eyni zamanda, bunlara belə “cəsarətin” kimlər tərəfindən və niyə verildiyi barədə də düşünməyə vadar edir. “Əgər dövlət öz öhdəliklərini vaxtında yerinə yetirə bilmirsə, belə şəraitdə Azərbaycan biznesinin, o cümlədən diasporun nümayəndələri şəhid ailələrinə kömək etməlidirlər… Bu məsələnin ümummilli biabırçılıq səviyyəsinə çatdırılmaması üçün dərhal şəhid analarının problemlərini həll etmək lazımdır…” Bunları öz adına müxtəlif pafoslu titullar qoşmağı sevən və əslində hansı işlə, hansı bizneslə məşğul olduğu müəmmalı qalan, buna baxmayaraq, özünü milyonçu və böyük xeyriyyəçi kimi təqdim edən Frenk Elkapone – Fizuli Məmmədov deyir.

Xəbəral.az saytı xəbər verir ki,Fizuli Məmmədov gizlin olaraq azərbaycandaki,bəzi,muxalifət partiyalarına maddi dəstək duraraq arxadan işlər çevirməklə məşquldur.Hazırda Fizuli Məmmədovun Azərbaycanda bir çox işlədə öz adını halladırması başa düşülüb və açıq qapılar üzünə bağlanılmışdır.

Beləliklə, Fizuli Məmmədovun son iki ildə fəallaşmasının, özünü xeyriyyəçi kimi cəmiyyətə sırımağa çalışmasının əsl məqsədi məlum olur. Yenidən siyasətə qaytımaq, siyasi LİDER olmaq həvəsinə düşüb. Ya da üzərinə yeni bir missiya qoyulub.. Belədə şəhid ailələrilə bağlı bu son açıqlamaların hansı küləklərin təsiri altında verildiyi və hansı qaranlıq siyasi məqsədlərə xidmət etdiyi barədə müəyyən təsəvvür yaranmış olur. Ümumiyyətlə, məlum ölkənin xüsusi xidmət orqanları ilə əlaqəsinə dair ciddi şübhələr olan bir çoxları var ki, taz-tez mətbuat səhifələrinə çıxaraq, ölkəmizin xarici siyasi kursu da daxil omaqla, başlarının ölçüsündən çox-çox böyük mövzularda “müdrik” açıqlamalar verirlər. Diqqətli olmaq lazımdır. Unutmayaq ki, dumanlı havaları yalnız qurdlar sevmirlər…

Fizuli Məmmədov haqqında daha hansı xoşagəlməz halların olduğunu bir neçə günə geniş şəkildə Xəbəral.az saytında oxuya biləcəksiniz.

Qarşı tərəfi dinləyib mövqeyini verməyə hazırıq.

Hazırladı:Mirismayıl Xələfli

XəbərAl.az