Cəmiyyət

Bakıda avtomobil şadlıq sarayının qarşısındakı maşınlara çırpıldı – FOTO

Sharing is caring!

Bakının Binəqədi rayonunda 5 avtomobil qəzaya uğrayıb.

APA xəbər verir ki, hadisə Şövkət Məmmədova küçəsində baş verib.

“Mercedes” avtomobilin sürücüsünün bildirdiyinə görə, onun idarə etdiyi maşını “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisəni törədən “Hyundai”-ın sürücüsü hadisə yerindən uzaqlaşıb.

Nəticədə “Mercedes” şadlıq sarayında olan insanlara məxsus “Lexus”, “Hyundai” və “Mercedes” markalı maşınlara çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hazırda hadisəyə səbəb olan “Hyundai”-ın sürücüsü axtarışdadır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir