Cəmiyyət

Şəkidə sərnişin avtobusu 41 yaşlı qadını vurub

Sharing is caring!

Şəki şəhərində piyadanın xəsarət alması ilə nəticələnən qəza baş verib.

“Report” xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz Sprinter” markalı sərnişin avtobusu yolu keçməyə çalışan 1981-ci il təvəllüdlü Röya Mustafayevanı vurub. Ağır xəsarət alan 41 yaşlı R. Mustafayeva Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.