Cəmiyyət

Astarada doqquz aylıq hamilə qadın qəfildən ölüb

Sharing is caring!

Astarada 9 aylıq hamilə olan qadın ölüb.

“Report”un verdiyi xəbərə görə, hadisə rayonun Giləkəran kəndində baş verib.

1997-ci il təvəllüdlü Qasımzadə Aytən Eldəniz qızı dünyasını dəyişib.

İlkin məlumata görə, qadın yaşadığı evdə qəfildən ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, A.Qasımzadənin 9 aylıq hamiləlik dövrü normal keçib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir