Cəmiyyət manset

Nəsimi rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqların əyləncəli istirahəti təşkil edilmişdir.

Nəsimi rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqların əyləncəli istirahəti təşkil edilmişdir.

XeberAl.az-ın məlumatıa görə,Yeniyetmələrin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Məktəblilərin yay tətili günlərinin mənalı, maraqlı, yaddaqalan olması üçün,onların asudə vaxtlarının səmərəli təşkili, istirahət müddətində bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün keçirilən silsilə tədbirlər davam edir.

Sağlamlıq imkanları məhdud olan uşaqların hərtərəfli inkişafı və tərbiyəsi, məktəbə hazırlığını, bacarıq və biliklərinin aşılanması, onların cəmiyyətə uyğunlaşdırılması istiqamətində Nəsimi rayonunda xüsusi layihələr həyata keçirilir. Rayonda fiziki imkanları məhdud olan uşaqların tətil günlərini maraqlı etmək üçün, tətil günlərində uşaq və yeniyetmələrə xoş anlar bəxş etmək üçün maraqlı tədbirlər keçirilir.

Növbəti tədbir – Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan sağlamlıq imkanları məhdud olan məktəblilər üçün xüsusi avtobusla Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gəzinti təşkil edilmişdir.

Sağlamlıq imkanı məhdud olan uşaqlar keçirilən tədbirdə müxtəlif mahnılar, rəqslər ifa etdilər, məharətlərini göstərdilər. Uşaqlar burada çay süfrəsində şirniyyatlara qonaq edilmiş, həmçinin onlara hədiyyələr təqdim edilmişdir.

Keçirilən tədbir xüsusi qayğıya ehtiyacı olan uşaqların yaddaşında xoş izlər buraxmış, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olmuş, valideynlər uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva öz minnətdarlıqlarını bildirmişlər.