Cəmiyyət manset

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbulda-FOTOLAR

 

XeberAl.az-ın məlumatına görə,Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə sakinlərin müraciətlərini dinləmişdir. Cavadxan küçəsi əhatəsində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.

Sakinlərdən Qəyanə Abbasova, Azər Aslanov, Könül Cavadova, Güllü Qafarova və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın təmiri, istifadəsiz su çənlərinin damlardan yığışdırılması, həyət və girişlərin işıqlandırılması barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər. Sakinlərdən Rauf Hacıverdiyev, Tünzalə Vahidova “Bizim Həyət” layihəsi çərçivəsində görülən işlərə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.