Cəmiyyət Manşetüstü

Nəsimi rayon məktəblilərinin yay tətili günləri maraqlı və yaddaqalan keçir- FOTOLAR

Sharing is caring!

Nəsimi rayon məktəblilərinin yay tətili günləri maraqlı və yaddaqalan keçir

Məktəblilərin yay tətili günlərinin mənalı, maraqlı və yaddaqalan olması üçün Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən silsilə tədbirlər davam edir. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Mehdiabad qəsəbəsindəki “Omar Atçılıq Mərkəzi”ndə təşkil edilən tədbirə uşaqlar onlar üçün xüsusi ayrılmış avtobuslarla gəlmişlər. Uşaqlar üçün təşkil olunan bu tədbirdə rayonun məktəblərində təhsil alan aztəminatlı, sosial qayğıya ehtiyacı olan ailələrdən, təhsildə və idmanda fərqlənən məktəblilər iştirak etmişdir.

“Omar Atçılıq Mərkəzi”ndə uşaqlar buradakı heyvanlar, xüsusilə atlarla yaxından tanış olmuş və ətraflı məlumatlar almışlar. Daha sonra uşaqlar qayıqlarla göl gəzintisində iştirak etmiş, Mərkəzin ərazisindəki müxtəlif oyun qurğularında əylənmişlər. Tədbir zamanı uşaqlar arasında müxtəlif maraqlı oyunlar təşkil edilib, qaliblər hədiyyələrlə mükafatlandırılmışlar. İsti yay günündə əylənən uşaqlar Nəsimi rayon İcra Hakimiyyətinin təşkil etdiyi bu aksiyadan xüsusi zövq alıb, burada gözəl istirahət ediblər. Tədbirdə uşaqlar birgə nahar ediblər.

Keçirilən tədbir məktəblilərin yaddaşında xoş izlər buraxmış, onların valideynlərinin çox böyük razılıqlarına səbəb olmuş, valideynlər məktəbli uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir