Cəmiyyət Manşetüstü

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə (Şikayət)

Zərdab şəhər sakini Məmmədov Sahib Qnyaz oğlu ölkə başçısı cənab İlham Əliyevə şikayət məktubu ünvanlayıb.

Fakttv.com məktubun məzmunun sizlərə təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına

Surəti : Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti Mehriban

Xanım Əliyevaya

Surəti : Azərbaycan Respublikasının Baş Naziri Cənab Novruz

Məmmədova

Surəti : Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Zakir Qaralova

Surəti : Azərbaycan Respublikası Maliyyə Naziri Cənab Samir Şərifova

Surəti : Azərbaycan Respublikası Dövlət Şəhərsalma Arxitektura

Komitəsinin Sədri Cənab Samir Nuriyevə

Surəti : Azərbaycan Respublikasının Baş Prokuroru yanında

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Rəisi Cənab Kamran

Əliyevə

Zərdab şəhər  Samir Abdullayev küçəsi ev 35-də yaşayan Məmmədov Sahib Qnyaz oğlu tərəfindən (Mob:0513086611)

                                                Ə R İ Z Ə

 

                Hörmətli cənab Prezident!

          Öncədən bildirmək istəyirəm ki, Sizin 5 dekabr 2016 cı il tarixli sərəncamınızla , Zərdab şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 27 çoxmənzilli binanın əsaslı  təmiri ilə bağlı Zərdab Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat vəsait ayrılmışdır.Həmin sərəncama müvafiq olaraq aparılan əsaslı təmir işləriçərçivəsində qayınatam Əliyev Fərhad  Murad oğlunun yaşadığı Azərbaycan küçəsi  20 saylı binanın 15 nömrəli mənzilindəki real vəziyyətə dair Sizə ünvanladığım çoxsaylı şikayət ərizələrində tərəfimizdən ətrafli məlumat verilmişdir.Sadəcə olaraq bildirmək istərdim ki,əsaslı təmir işləri zamanı təmir əvəzinə bizə məxsus olan mənzilin ballkonu dağıdıldı,qapı- pəncərənin şüşələri sındırildı,qaz xətti söküldü.Bizim bina Zərdab rayon Mənzil-istismar sahəsinin balansında olmaqla 16 mənzilli yaşayış evindən ibarətdir.Sənəd üzərində təmir işləri 2017 ci ilin mart ayından başlayıb 2017 ci ilin dekabr ayında yekunlaşsada bizim mənzil nəinki əsaslı təmir olundu, əksinə mənzilin əvvəlki vəziyyətinə qaytarılması işinə yenicə başlanılmışdır.Bu işlər Zərdab rayon Mənzil-istismar sahəsi tərəfindən 2019- cu ilin mart ayından başlamış və bu gün də davam etməkdədir.Qayınatam Əliyev Fərhad  Murad oğlu isə ailəsi ilə birlikdə 2017 ci ilin mart ayından bu günədək öz evində deyil başqa yerdə kirayədə yaşamağa məcbur olmuşdur.

          

                Hörmətli cənab Prezident!

         

          Rayonda əsaslı təmir işlərinin sifarişçisinin  Zərdab şəhər İcra nümayəndəliyi, podratçı təşkilat isə VETEKS-2017 adlı tikinti şirkəti olması baxımından Şəhər İcra nümayəndəsi Hafis Kərimova etirazımı bildirdim.Mən H.Kərimova müraciət edərək bildirdim ki – “Zərdab şəhər İcra nümayəndəsi kimi sən  Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Zərdab şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 27 çoxmənzilli binanın əsaslı  təmiri ilə bağlı 5 dekabr 2016 cı il tarixli sərəncamının icrasını təmin etsəydin,nəzarət etsəydin o cümlədən 20  saylı bınanın əsaslı təmir olunub-olunmadığını təhvil prosesi zamanı araşdırsaydın  Əliyev Fərhad da bu gün ailəsi ilə birlikdə kirayədə deyıl öz mənzilində yaşayardı və eyni zamanda  biz də ali dövlət orqanlarına çoxsaylı şikayət ərizələri deyil təşəkkür məktubları göndərərdik”.Hafis Kərimov isə mənim bu etirazım qarşılığında əsəbi halda, dövlət qulluqçularının etik davranış normalarına uyğun olmayan tərzdə –“ Yaxşı eləmişəm təmin etməmişəm və sərəncamın icrasına nəzarət etməmişəm söylədi. Sən kimsən ki mən bu barədə sənə hesabat verim.Mən 3 milyon manatliq əsaslı təmir işlərinin görülməsini başa çatdirmışam və Hesablama Palatası tərəfindən yoxlama sənədimi də almişam.Siz də şikayət ərizələri ilə kimə istəyirsiniz hara istəyirsiniz müraciət edin”.

                 Hörmətli cənab Prezident!

           Sizin 5 dekabr 2016 cı il tarixli sərəncamınızın icrasınaZərdab Şəhər İcra nümayəndəsi H.Kərimovun  yuxarıda qeyd etdiyim münasibəti sadə bir insan kimi,Yeni Azərbaycan Partiyasının üzvü olaraq məndə sözün əsil mənasında şok yaratmişdı.Hafis Kərimovun nəzərinə çatdırmaq istərdim ki,idarəetmə formasına görə Azərbaycan dövləti Prezidentli Respublikadır və Prezidentin statusu,səlahiyyətləri,vəzifələri,hüquqları Konstitusiya ilə müəyyən edilir.Prezident Ali hakimiyyət orqanının rəhbəri Azərbaycan dövlətinin başçısıdır.Prezident sərəncamı isə əmr,göstəriş və hökm xarakteri daşıyan, konkret məsələləri əhatə edən,bütün aşağı səlahiyyətli vəzifəli şəxslər,dövlət və qeyri-dövlət qurumları,vətəndaşlar və sair şəxslər üçün məcburi qüvvəyə malik olan qanun qüvvəli aktdır.Azərbaycan dövlətini ölkə daxilində və xarici münasibətlərdə təmsil edən Azərbaycan dövlətinin başçısı,Ali hakimiyyət orqanının rəhbəri Möhtərəm Prezidentimizin sərəncamınaH.Kərimovun belə münasibət sərgiləməsi bir dövlət qulluqçusu kimi onun fəaliyyətində qaranlıq məqamlardan xəbər verir.Belə ki PrezidentimizinZərdab şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 27 çoxmənzilli binanın –(o, cümlədənAzərbaycan küçəsində yerləşən  20 saylı binanın) -əsaslı təmiri məqsədini daşıyan 5 dekabr 2016 cı il tarixli sərəncamının icra edilməməsi ilə bağlı öz məsuliyyətini dərk etməyən Hafis Kərimov görəsən Şəhər İcra Nümayəndəsi kimi öz vəzifə və səlahiyyətlərini necə həyata keçirir?.Xüsusən də Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində,təmir-tikintivəşəhər təsərrüfatı sahələrində. Sifarişçi təşkilat kimi Prezidentimizinsərəncamında konkret olaraq həyata keçirilməsi nəzərdə tutulan əsaslıı təmir işlərinin  icrasınına nəzarəti təmin etməyən H.Kərimovdan Şəhər İcra Nümayəndəsi kimi üzərinə düşən vəzifə və səlahiyyətlərin həyata keçirilməsini gözləmək döğurdan da absurd,naşılıq və ya siyasi səriştəsizlik olardı.Odur ki, Hafis KərimovunŞəhər İcra Nümayəndəsi işlədiyi müddətdə Zərdab şəhər ərazisində bütün görülən işlərin-təmir-tikinti işlərinin,abadlıq işlərinin,yolların təmiri, bərpası və saxlanılması ilə bağlı işlərin,küçələrin işıqlandırılması sisteminin əsaslı təmiri işlərinin araşdırılması zəruridir,mütləqdir.Eyni zamanda həyata keçirilən təmir-tikinti işlərinin,abadlıq işlərinin,yolların təmiri, bərpası və s işlərin  həyata keçirilməsi üçün ayrılan maliyyə  vəsaitlərinin düzgün xərclənməsinin, təyinatı üzrə xərclənməsinin yoxlanılması mühüm əhəmiyyət kəsb edir.Bununla yanaşıkeçirilən tender və katirovkaların nəticəsi ollaraq bu işlərin həyata keçirilməsi müəyyən edilmiş müəssisələrin sahiblərinin kimliyinin,onların hansı peşə sahibi olmalarının,peşəkarlıq qabiliyətlərinin,o cümlədən həmin müəssisələrin ümumilikdə fəaliyyətinin, büdcə ilə hesablaşmaları baxımından vəziyyətlərinin təftiş edilməsi daha da məqsədəuyğun olardı.

                 Hörmətli cənab Prezident!

           Sizin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018 ci ilin birinci yarısının  sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda söylədiyiniz bəzi fikirləri,iradları və göstərişləri xatırlamaq istərdim.”Mənə verilən məlumatlara görə bəzi yerlərdə dayanacağın yerində binalar tikirlər. Məndə o şəkillər var. Mən müşavirə keçirmişdim, çox ciddi tapşırıq vermişdim və ciddi iradlar bildirmişdim. Rayon icra hakimiyyətləri dayanacağın yerini zəbt edir, hasarlayır, o yeri satır və demək olar ki, şəhər nəqliyyatını iflic vəziyyətə salırlar. O səhvləri buraxan məmurlar işdən qovulub. Ancaq mən deyirəm ki, şəhər nəqliyyatı hamımız üçün rahat bir nəqliyyat olmalıdır. Şəhərsalma qaydaları elə qoyulmalıdır ki, şəhər nəqliyyatına əngəl törətməsin, əksinə, buna kömək göstərsin. Azərbaycanın əhalisi artır. Qonşu ölkələrdən fərqli olaraq bizim əhalimiz müstəqillik dövründə 7 milyondan 10 milyona çatıb. Bu artım müqabilində biz gələcəkdə necə hərəkət edəcəyik? Biz burada yeni damarlar, yeni yollar açırıq. Amma hansısa yaramaz bir məmur pul naminə o yeri satır, orada da qanunsuz bina tikirlər. Sonra da dövlət həmin binanın sökülməsi üçün böyük vəsait, kompensasiya verməlidir ki, qanunsuz tikən oradan çıxsın və yol açılsın. Ona görə çox ciddi tapşırıq verirəm, dövlət orqanları nəticə çıxarsınlar.

            Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar. Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Çünki biz bu qədər səy göstəririk.Bakı şəhərində elə yerlər var ki, utanc gətirir. Binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikilməsinə kim icazə verir?!  Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox”.

             Hörmətli cənab Prezident!

             Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki Zərdab şəhərində Hafis Kərimovun Şəhər İcra Nümayəndəsi kimi işlədiyi müddətdə nəinki dayanacaq hətta piyadaların hərəkət etdikləri səkilər zəbt edilmişdir.ŞəhərinS.Abdullayev,Azərbaycan,Zərdabi küçələrində və H.Əliyev prospektində səkilər zəbt edilərək həmin ərazilərdə mağazalar tikilmişdir.Əgər hər hansı bir şəxs Azərbaycan küçəsində olan piyada zolağı ilə Şəhər xəstəxanası istiqamətində hərəkət etmək istəsə xəstəxana yaxınlığında səkidə mağazaya məxsus divar ilə qarşılaşmalı olacaqdır.Vətəndaş yoluna davam etmək və xəstəxanaya getmək üçün mütləq avtomaşınların hərəkət etdikləri yola keçməli və həmin yolda hərəkət etməlidi.Əlbəttə ki,nəqliyyat vasitələrinin hərəkətdə olduğu zolaqla yoluna davam edən piyada əgər onu maşın vurmayacaqsa bir az getdikdən sonra yenidən səkiyə qayıda bilər və bu minvalla xəstəxanaya və ya mənzil başına çata bilər.Hafis Kərimovun Şəhər İcra Nümayəndəsi kimi fəaliyyətinin nəticəsi olaraq acınacaqlı olsada bu hal Zərdab şəhər sakinləri üçün bir reallığa çevrilmişdir.Bu baxımdan Zərdab şəhərinin ərazisində ictimai yerlərdə,parklarda,piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərdə tikilən mağazaların,obyektlərin və s.tikililərin yoxlanması,həmin mağazaların,obyektlərin,tikililərin sahiblərinin aşkara çıxarılması və bu tikinti işlərinin həyata keçirilməsinə icazə verən vəzifəli şəxlərin müəyyən edilərək cəzalandırılması həyat əhəmiyyətli vacib məsələlərdəndir.Bununla yanaşı şəhər ərazisində yaşıllaşdırma,yaşıllıqların qorunması, şəhərdə küçələrintəmizlik və işıqlandırma işlərinin aparılmasına dair mövcüd vəziyyətin araşdırılmasıH.Kərimovun fəaliyyətininmüəyyən edilməsi baxımından mühümdür.

                    Hörmətli cənab Prezident!

             Odur ki Mən Məmmədov Sahib Qnyaz oğlu Sizi dəstəkləyən sadə bir vətəndaş,Yeni Azərbaycan Partiyasının üzvü kimiZərdab şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 27 çoxmənzilli binanın –(o, cümlədənAzərbaycan küçəsində yerləşən  20 saylı binanın) -əsaslı təmiri məqsədini daşıyan 5 dekabr 2016 cı il tarixli sərəncamının icra edilməsi baxımındansifarişçi təşkilat olanZərdab Şəhər İcra Nümayəndəliyinin və şəxsən Hafis Kərimovun fəaliyyətinin xüsusi qaydada araşdırılmasınıSizdən xahiş edirəm.Bununla yanaşı Hafis KərimovunŞəhər İcra Nümayəndəsi işlədiyi müddətdəZərdab şəhər ərazisində bütün görülən işlərin-təmir-tikinti işlərinin,abadlıq işlərinin,yolların təmiri, bərpası və saxlanılması ilə bağlı işlərin,küçələrin işıqlandırılması sisteminin əsaslı təmiri işlərinin, eyni zamanda həminişlərin  həyata keçirilməsi üçün ayrılan maliyyə  vəsaitlərinin düzgün xərclənməsinin, təyinatı üzrə xərclənməsinin yoxlanılmasını və buişləri həyata keçirən müəssisələrin sahiblərinin kimliyinin,onların hansı peşə sahibi olmalarının,peşəkarlıq qabiliyətlərinin,həmin müəssisələrin ümumilikdə fəaliyyətinin təftiş edilməsini Sizdən xahiş edirəm.Yekun olaraq Zərdab şəhərinin ictimai yerlərində,parklarda,piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərdə tikilən mağazaların,obyektlərin və s.tikililərin yoxlanmasını və həmin mağazaların,obyektlərin,tikililərin sahiblərini aşkara çıxararaq bu tikinti işlərinin aparılmasına icazə verən vəzifəli şəxlərin cəzalandırılmasını Sizdən xahiş edirəm.Rica edirəmbu ərizəmlə əlaqədar məni dərdimi demək üçün Şəxsən qəbul edəsiniz.

                  Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm.

                  Hörmətlə Məmmədov Sahib Qnyaz oğlu