Cəmiyyət Manşetüstü

“Beynəlxalq Əlillər Cəmiyyəti” Şuranın dəstəyi ilə həssas sosial qruplara aid vətəndaşlara köməklik etdi

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB Azərbaycan Respublikasının Prezidenti yanında

QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili” adlı layihə həyata keçirib.

Bu gün “Səs” İnformasiya Agentliyində layihənin yekununa həsr edilmiş tədbir keçirildi.

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri və layihənin rəhbəri Tahir Xudiyev tədbiri açıq elan edərək iştirakçıları salamladı və 3 ay davam edən layihənin icrası zamanı İctimai Birliyə problemlərinin həlli üçün müraciət edən 10-larla qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin tibbi-sosial, hüquqi, psixoloji problemlərinin həlli üçün görülmüş işlər barədə məlumat verdi.

Layihə ərzində problemlərinin həlli üçün müraciət edən vətəndaşların keçirdikləri sarsıntılar nəticəsində psixoloji gərginlik keçirmələri də aşkar olunmuşdur. Odur ki, onlara psixoloji dəstək göstərilmişdir. Bu barədə çıxış edən layihənin psixoloqu İbrahim Əsədli şəxsən görüşdüyü 10-larla insanlarla ayrı-ayrılıqda apardığı söhbətlər zamanı müsbət nəticələr əldə etməsi, eləcə də cəzaçəkmə müəssisəsindən yenicə azadlığa çıxmış 2-ci qrup əlil, Qarabağ müharibəsi veteranının həyata adaptasiya olunması üçün ona göstərilən psixoloji dəstək barədə danışdı.

Mədəniyyət Nazirliyinin əməkdaşı Leyla Babazadə çıxış edərək bildirdi ki, həqiqətən “Beynəlxalq Əlillər Cəmiyyəti”nin gördüyü iş təqdirəlayiq bir xeyirxah işdir. O, Tahir Xudiyevin “Beynəlxalq Əlillər Cəmiyyəti”nin üzvləri olan kimsəsiz və əlilliyi olan insanların və onların ailə üzvlərinin mədəni istirahətinin təşkili üçün Mədəniyyət Nazirliyi ilə əməkdaşlığından danışdı.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tahirə Ağamirzə də fikrini bildirərək görülən işləri məqbul saydı, bildirdi ki, həmişə biz İB-in tədbirlərində iştirak edirik və görülən işləri alqışlayırıq. Həmçinin söylədi ki, əlilliyi olan məcburi köçkün ailələrinə İctimai Birliyin göstərdiyi xüsusi diqqət və qayğı, köməkliklər danılmazdır.

Sonra tədbir iştirakçıları çıxış etdi və onları maraqlandıran suallar cavablandırıldı.

Tədbirdə dövlət və qeyri-hökumət təşkilatları, KİV və ictimaiyyət nümayəndələri iştirak edirdilər.