Cəmiyyət

İctimai dinləmədə nazirliklə tikinti şirkətləri arasında fikir ziddiyyəti: “Həmin ağac məhv olur”

Sharing is caring!

“Bu gün tikinti şirkətlər tərəfindən təqdim olunan 9 layihəyə baxılır”. 

Xeberal.az-ın məlumatına görə, bunu sosial-infrastruktur və abadlıq işləri ilə bağlı tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi və müvafiq rəyin verilməsi haqqında ictimaiyyətin məlumatlandırılması məqsədilə Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmə zamanı qurumun rəisi Mirsalam Qəmbərov bildirib. 

İctimai dinləmədə qeyd olunub ki, müvafiq tikinti şirkətlərinin inşa etmək istədikləri çoxmərtəbəli yaşayış və qeyri-yaşayış binaları Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qərarı ilə təsdiqlədiyi köhnə, təhlükəli və qəzalı vəziyyətdə olan binaların yerləşdiyi ərazilərdə yerləşir. 

Tikinti şirkətlərinin nümayəndələrinə bildirilib ki, binaları ucaldarkən əsas məqsədin yaşıllıqların qorunub saxlanılması və gələcəkdə orada yaşıllıq sahələrinin olmasına şərait yaratmaqdır. 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə isə əlavə edib ki, hər ağacın da köçürülməsi mümkün deyil:

“Bunun üçün mütləq şəkildə müvafiq göstəriciləri olmalıdır. Bəzi tikinti şirkətləri köçürmə adı altında ağacı çıxarır və əmin olun ki, həmin ağac məhv olur”. 

İctimai dinləmədə iştirak edən tikinti şirkətlərindən birinin nümayəndəsi vurğulayıb ki, onların bina tikmək istədikləri ərazidə mövcud olan 60-70 ağac götürülərək gələcəkdə onun əvəzində 200 ağacın əkilməsi nəzərdə tutulub.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.