Cəmiyyət Manşetüstü

Qonaq evini soydu, bir il sonra bildi

Bakıda yaşayan qohumunun evinə qonaq gələn Şəki sakini ev yiyəsinin pullarını oğurlayaraq aradan çıxıb.

DİN mətbuat xidmətindən XeberAl.az-a verilən məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Q.Hacıyev ötən il noyabrın 27-də evindən 3100 manat pulunun oğurlandığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və pulun həmin gün onun evində qonaq olmuş şəxs tərəfindən oğurlanması müəyyən edilib.

29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki rayon sakini M.Əliquzuyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.