Cəmiyyət

Yeni nazir gənclərin iqtisadiyyatdakı rolundan DANIŞDI

Sharing is caring!

“Bir ildir ki, Azərbaycanın Zəfər tarixini yaşayırıq. Ölkədə gənclərin sayının çox olması böyük imkanlar yaradır, eyni zamanda, hökumətin üzərinə böyük məsuliyyət qoyur”.

milletinsesi.info-ın məlumatına görə, bunu İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində Gənclər və idman naziri Fərid Qayıbov deyib.

O bildirib ki, Azərbaycanda gənclərin dəstəklənməsi üçün mexanizmlər yaradılır:

“Gənclərimiz dövlət və seçki orqanlarında fəal təmsil olunur və xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almağa göndərilir. Gənclər qısa və ortamüddətli investisiya üçün o qədər də rentabelli olmaya bilər, amma onlar uzunmüddətli investisiya üçün daha faydalıdır”.

İlhamə Əbülfət 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir