Cəmiyyət

Rza Zərrab adını və işini dəyişdi – Fotolar

Sharing is caring!

Əslən cənubi azərbaycanlı olan iş adamı Rza Zərrab ABŞ-da azadlığa buraxıldıqdan sonra adını və işini dəyişib.

Xəbəral.az Türkiyə mediasına istinadən xəbər verir ki, adını Aaron Qoldsmis olaraq dəyişdirən Zərrab atçılıq mərkəzi işlətməyə başlayıb.

“Next Level Performance Center” adlı şirkət quran iş adamı atları yarışlara hazırlayır. Floridada qurulan mərkəzdə işini davam etdirən Zərrab hazırda Sonata adlı atı yarışa hazırladığını deyib:

“20 ildir bu sahədəyəm. Çox şükür arxamda güclü komanda var. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm”. 

Xatırladaq ki, Zərrab müğənni Ebru Gündeşdən bu ilin mayında boşanıb. İddiaya görə, Rza Gündeşə Hadisə ilə xəyanət edib.

Qeyd edək ki, Rza Zərrab 2016-cı ildə ABŞ-ın Mayami şəhərində bank fırıldaqçılığı və ABŞ-ın İrana qoyduğu embarqonu pozması ittihamı ilə həbs edilib. Daha sonra ev dustaqlığına buraxılan iş adamının 2017-ci ildən azadlıqda olduğu deyilir. R.Zərrab hətta 2018-ci ildə Nyu-Yorkda restoranlardan birindən çıxarkən görüntülənib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir